Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaİranın qərbində terrorçular zərərsizləşdirildi

İranın qərbində terrorçular zərərsizləşdirildi

İranın qərbində, Kürdüstan ostanında terrorçular zərərsizləşdirilib.

İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İnqilab Keşikçiləri Ordusu bu barədə yazılı açıqlama verib:

“Bu həftə Kamyaran və Mərivan şəhərlərində rejim əleyhinə terror qruplarına qarşı iki uğurlu əməliyyatda üç terrorçu öldürülüb və üç təşkilat üzvü yaralanıb. Yaralılardan biri təhlükəsizlik qüvvələri tərəfindən tutulub”.

Əməliyyatlarda çox sayda silah, sursat və rabitə cihazı ələ keçirildiyi, tutulan təşkilat üzvünün xarici ölkə vətəndaşı olduğu bildirilib.

İran tərəfində insan itkisinin olub-olmadığı, eyni zamanda, terrorçuların hansı təşkilata üzv olduqları barədə heç bir məlumat verilmir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments