Şəmkir rayonunda dəm qazı nəticəsində bir ailənin iki üzvü zəhərlənib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndində baş verib.
Kənd sakinləri Nailə Əsgərova və 7 yaşlı qızı Səlmi Mehdiyeva dəm qazından zəhərlənib. Xəstəxanaya aparılan şəxslərdən ananın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.




