Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb - FOTO

Azərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb – FOTO

“Vikipedia”nın rus dilli seqmentindən Zəngilan rayonunun Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadəyə məxsus məqalə yoxa çıxıb.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq simvollarından birinə çevrilən X.Yusifzadə haqqında material 31 dekabr 2020-ci ildə “Vikipediya”da dərc edilib, lakin yanvarın 13-də administratorlar səhifəni əhəmiyyətsiz hesab edərək silib.

Üstəlik, şəhid Xudayar Yusifzadənin “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarla təltif olunması da onları inandırmayıb.

Guya bu məlumat “Vikipediya”nın rus dilində olan seqmenti üçün əhəmiyyətsizdir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments