Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA

Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA

Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır.

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

Vaksin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallarına cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir:

“Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.

O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:

“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, – deyə o qeyd edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments