Çərşənbə, May 13, 2026
Google search engine
HomeDünyaAlimlər antibiotiklərə mümkün alternativ tapıblar

Alimlər antibiotiklərə mümkün alternativ tapıblar

ABŞ-ın Milli Sağlamlıq İnstitutunun (NIH) alimləri müəyyən ediblər ki, öd turşularındakı taurin orqanizmə kənardan daxil olan bakteriyaları zərərsizləşdirməyə kömək edir.

Bu kəşfin antibiotiklərə alternativ tapmağa kömək edə biləcəyi qeyd olunur. Tibbi sınaqlar, hələ ki yalnız siçanlar üzərində keçirilib. Taurin suya qatılaraq siçanlara verilib.

Taurin orqanizmdə yağ və piylərin həzm olunmasına kömək edir. Bu maddə bağırsaqdakı öd turşularında olur. Onun yan məhsulu isə hidrogen sulfiddir.

Alimlər müəyyən ediblər ki, taurinin səviyyəsi yüksək olduqda, orqanizm infeksiyanı dəf etmək üçün kifayət qədər hidrogen sulfid istehsal edir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments