Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətŞahbaz Quliyevin anası vəfat etdi

Şahbaz Quliyevin anası vəfat etdi

Ötən ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.

Bu barədə Qafqazinfo.az-a mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments