Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətVAZ-2106 ilə “avtoşluq” edən şəxs saxlanılıb - VİDEO

VAZ-2106 ilə “avtoşluq” edən şəxs saxlanılıb – VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, əvvəllərdə sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən rayon sakini Tural Hüseynov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxs barəsində Şəmkir RPŞ-nın DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments