Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanTaekvondo millimizin bir illik fasilədən sonra ilk medalı

Taekvondo millimizin bir illik fasilədən sonra ilk medalı

İstanbulda keçirilən ənənəvi “Turkish Open” turnirinin ilk günündə taekvondo millimizin bir üzvü qızıl medal qazanıb.

Bu, İran əsilli idmançımız Milad Beiqidir. Hələ ki Olimpiadada iştirakı rəsmiləşmiş yeganə taekvondoçumuz olan Milad 87 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub.

Bu gün mübarizəyə qoşulmuş digər beş taekvondoçumuz isə medalsız qalıb.

Qeyd edək ki, sabah və birisigün də taekvondoçularımız yarışda qüvvəsini sınayacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments