Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyət“Bakılift-2”nin mənimsəmədə ittiham olunan keçmiş rəisi bəraət aldı

“Bakılift-2”nin mənimsəmədə ittiham olunan keçmiş rəisi bəraət aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruslan Dilanova qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Dilanov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments