Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAbşeronda külək dam örtüyünü elektrik xətlərinin üstünə aşırıb

Abşeronda külək dam örtüyünü elektrik xətlərinin üstünə aşırıb

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.

Güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü aşırıb.
Dam örtüyünün ərazidən geçək elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları cəlb edilib.

“Azərişıq”dan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.

//report.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments