Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətXətai rayonunda səkinin zəbt edilməsinin qarşısı alındı

Xətai rayonunda səkinin zəbt edilməsinin qarşısı alındı

Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə Xətai rayonu Xudu Məmmədov küçəsində piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb.

Bu barədə Median.Az BNA-ya istinadən xəbər verir.

Səkidə quraşdırılan və piyadaların hərəkətinə maneə yaradan konstruksiyalar yığışdırılıb.
“Bir daha bildiririk ki, səkilərin zəbt olunması yolverilməzdir. Bu cür hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır. Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir”, – deyə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments