Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı TƏFƏRRÜAT – VİDEO

Bakıda parkdakı Nikola Tesla heykəlinin yanında özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.

Xəzər TV-nin məlumatına görə, Xırdalan şəhərində qeydiyyatda olan 1994-cü il təvəllüdlü M.Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb.

İntihardan saat 11:00 radələrində parka gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Mərhumun narkoloji asılılığının olduğu da deyilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments