Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanFederasiyadan Kostova açıqlaması

Federasiyadan Kostova açıqlaması

“Bizə müvafiq bildiriş gəlib. Məsələdən xəbərimiz var”.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev dünya və 4 qat Avropa çempinu Boyanka Kostovanın dopinqə görə müvəqqəti diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.

AAAF rəsmisi hadisələrin gedişatını izlədiklərini və yekun qərarı gözlədiklərini söyləyib: “Bu, prosedura uyğun olaraq müvəqqəti kənarlaşdırılmadır”.

Qeyd edək ki, 59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments