Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətFüzulidə bombacıq partladı: Şirkət əməkdaşı xəsarət aldı

Füzulidə bombacıq partladı: Şirkət əməkdaşı xəsarət aldı

İyulun 12-də saat 11 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 1 nəfərin minaya düşməsi haqda məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments