Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanAzərbaycanlı hakimlər avrokuboklarda

Azərbaycanlı hakimlər avrokuboklarda

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, o, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Petroklub” (Moldova) – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.

Məsiyevə bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments