Çərşənbə, May 13, 2026
Google search engine
HomeDünyaQazaxıstanda peyvənd əleyhidarlarının sosioloji portreti hazırlanacaq

Qazaxıstanda peyvənd əleyhidarlarının sosioloji portreti hazırlanacaq

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin başçılığı ilə ölkədə koronavirusla bağlı vəziyyətə dair toplantı keçirilib.

“Haber Global” məlumat verir ki, toplantıda virusun yayılma sürətinin artdığı, gündəlik yoluxma sayının 5 mini aşdığı bildirilib.

Bununla əlaqədar, dövlət başçısı tərəfindən müəyyən göstərişlər verilib.

Təlimata uyğun olaraq, ilk növbədə hökumət vaksinasiyada geri qalan bölgələrdə mobil qruplar formalaşdıraraq, peyvəndlənməni sürətləndirməli, peyvənd əleyhidarlarının sosioloji portreti hazırlanmalı, ticarət və iaşə obyektlərində lazımi tədbirlər görülməli, həmçinin sentyabrda istehsalına başlanılacaq yerli “QazVak” vaksininin digər ölkələrdə təqdimatı işləri genişləndirilməlidir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments