Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeƏsəs XəbərlərPrezident Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib

Prezident Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi.

AZƏRTAC xəbər verir ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib.

Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments