Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətŞabranda qadın kimyəvi məhluldan zəhərlənib

Şabranda qadın kimyəvi məhluldan zəhərlənib

Şabranda qadın kimyəvi məhluldan zəhərlənib.

“Report”un verdiyi məlumata görə, hadisə Şabran şəhərində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Gülsurə Şaban qızı Hacıyeva evdə təmizlik işləri apararkən ACE adlı kimyəvi məhlulun kəskin qoxusundan özünü pis hiss edib.

O, yaxınları tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona xəstəxanada kimyəvi zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments