Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətÖlkəyə külli miqdarda siqaret gətirən şəxslər SAXLANILDI

Ölkəyə külli miqdarda siqaret gətirən şəxslər SAXLANILDI

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn “DAF”, “Volvo” və iki ədəd “Mercedes Benz” markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman onlar idarə etdikləri yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Lakin yoxlama zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8300 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments