Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətÖtən gün toya buraxılmayanların sayı AÇIQLANDI

Ötən gün toya buraxılmayanların sayı AÇIQLANDI

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, monitorinq 13 şadlıq sarayında, beş şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– Altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments