Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycanda son sutkada 33 nəfər koronavirusdan öldü: 3 794 yeni yoluxma -...

Azərbaycanda son sutkada 33 nəfər koronavirusdan öldü: 3 794 yeni yoluxma – FOTO

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2 216 nəfər isə müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 33 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45 755 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments