Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətDövlət xidmətindən tikinti sahəsində inhisarçılıq edən şirkətlə bağlı AÇIQLAMA

Dövlət xidmətindən tikinti sahəsində inhisarçılıq edən şirkətlə bağlı AÇIQLAMA

Bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Norm” ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, ASC həmin sahədə seçim hüququnun məhdudlaşdırılması elementlərini tədricən aradan qaldırıb.

ASC-nin dövlət xidmətinə ünvanladığı müraciətində şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanunazidd bəndlərin dəyişdirildiyi və gələcəkdə bu cür hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb.

Bununla yanaşı, sementin topdansatışı zamanı bazar iştirakçıları üçün bərabər seçim hüququnun təmin edilməsi, digər sahibkarlar və istehlakçıların mənafeyinin qorunması məqsədilə satış şərtləri və digər aidiyyəti məlumatlar şirkətin rəsmi internet səhifəsinə yerləşdirilib və bu istiqamətdə müraciət mexanizminin asanlaşdırılması məqsədilə xüsusi bölmə yaradılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments