Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanI MDB Oyunlarında Azərbaycan komandasının bayraqdarı bəlli oldu

I MDB Oyunlarında Azərbaycan komandasının bayraqdarı bəlli oldu

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.

Bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

Qeyd edək ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ötən həftə Rusiyanın digər şəhəri – Ufadakı gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.

I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur. Yarış 4-11 sentyabrda təşkil olunacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments