Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətKolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib

Kolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-də başlanıb və 8 sentyabr saat 09:00-dək davam edib.

Bu il 33 088 abituriyent sənəd qəbulunda iştirak edib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 099 (Azərbaycan bölməsi – 20 667, rus bölməsi – 432) nəfərdir.

Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 236, ixtisas seçimi edənlərin sayı isə 10 958 nəfər olub.

Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments