Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanMDB Oyunları: Futzal millimiz qırğızlardan səkkiz top buraxdı

MDB Oyunları: Futzal millimiz qırğızlardan səkkiz top buraxdı

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında növbəti matçını keçirib.

Median.Az xəbər verir ki, B qrupunda yer alan kollektiv ikinci sınağında Qırğızıstan seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində Məhəmməd Abbasov 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bu məğlubiyyətdən sonra qrupu sonuncu pillədə başa vuran Azərbaycan millisi sabah beşinci yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk görüşündə Belarusa 0:6 hesabı ilə uduzmuşdu.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments