Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaYaponiya sahillərinə şiddətli tayfun yaxınlaşır: Əhaliyə xəbərdarlıq edildi

Yaponiya sahillərinə şiddətli tayfun yaxınlaşır: Əhaliyə xəbərdarlıq edildi

Yaponiyanın Okinava prefekturasına güclü “Çansu” (Changsu) tayfunu yaxınlaşır.

O, şiddətli küləklər və yağışlarla müşaiyət olunacaq.

Sinoptiklər tayfunu “son dərəcə güclü” olaraq təsnif ediblər.

Hazırda Filippinin şərqində yerləşən tayfun tezliklə Okinavaya doğru hərəkət edəcək. Onun sürətinin saatda 20 kilometr olacağı gözlənilir.

Meteoroloqlar artıq ərazini su basması və sürüşmə ehtimalları ilə əlaqədar bölgə rəhbərliyinə və sakinlərinə xəbərdarlıq edib, dənizə getməməyə və digər ehtiyat tədbirlərinə riayət etməyə çağırıblar.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments