Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalQubada törədilən cinayətin üstü açıldı

Qubada törədilən cinayətin üstü açıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin üstünün açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranan münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirən Ş.Mürsəliyev saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments