Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətEldar Orucov: “Yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək”

Eldar Orucov: “Yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək”

“Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişikliklərlə bağlı layihə hökumətə verilib. Yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov deyib.

O bildirib ki, yeni layihədə qismən tanınma anlayışı olacaq:

“Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240 kreditdir, bizdə isə o fakültə üzrə göstərici 340 kreditdir. Onun diplomu qismən tanınacaq. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini tamamlamaq üçün Azərbaycanda təhsil alsın. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışı təmin ediləcək”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments