Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətSabirabadda silah-sursat tapılıb

Sabirabadda silah-sursat tapılıb

Sabirabadda sahibsiz silah-sursat aşkarlanıb.

Söhbət rayonun Güdəcühür kəndi ərazisindən gedir. Yayılan görüntülərdəki silahların kimə məxsus olduğu bilinmir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab verən DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov faktı təsdiq edib.

O cavab olaraq bildirib ki, hadisə sentyabr ayının 14-də olub:

“Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabr ayının 14-də rayonun Güdəcühür kəndi ərazisində yerləşən və istismara yararsız olan obyektlərin birindən bir ədəd “RPQ-71N1” markalı qumbaraatan, bir ədəd “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron tapılmışdır. Faktla bağlı RPŞ-də araşdırmalar aparılır”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments