Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətSənədsiz evlərin sənədləşdirilməsi nə zaman başa çatacaq? - RƏSMİ AÇIQLAMA

Sənədsiz evlərin sənədləşdirilməsi nə zaman başa çatacaq? – RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Median.Az APA-ya istinadən xəbər verir ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.

Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.

İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments