Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBakıda vaksinasiya saxtakarlığı ilə bağlı cinayət işi açıldı

Bakıda vaksinasiya saxtakarlığı ilə bağlı cinayət işi açıldı

Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında COVID-19 əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments