Çərşənbə, May 13, 2026
Google search engine
HomeKriminalŞəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu

Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan, əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib. Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments