Çərşənbə, May 13, 2026
Google search engine
HomeDünyaPlanetin ən yaşlı insanı vəfat etdi

Planetin ən yaşlı insanı vəfat etdi

Dünyanın ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaş 326-cı günündə vəfat edib.

Bu barədə Fransanın BFMTV telekanalı Porto-Aleqri şəhərinin dini icmasına istinadən məlumat verib.

İna Kanabarro Lukas 8 iyun 1908-ci ildə ölkənin cənubundakı San-Françesko De-Assizi şəhərində anadan olub. O, 26 yaşında rahibə olub.

110 illik yubileyində rahibə aprelin 21-i dünyasını dəyişən və ötən həftəsonu Romada dəfn edilən Papa Fransiskdən xeyir-dua alıb.

ABŞ Qerontologiya Tədqiqat Qrupunun (GRG) məlumatına görə, rahibənin ölümündən sonra ən yaşlı qadın Surrey qraflığında yaşayan ingilis qadın Etel Katerhem olub. Qadının indi 115 yaş 252-ci günündədir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments