Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalSumqayıtda oğurluq edən 3 nəfər saxlanılıb

Sumqayıtda oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də “Qurd dərəsi” bağlar sahəsindəki evdən məişət əşyaları və inşaat materialları oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Cəfərov və E.Qasımov saxlanılıblar.

Araşdırma zmanı onların daha 3 həyətyanı sahədən və 1 evdən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurlamaları məlum olub.

Bundan başqa, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də şəhər ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon oğurlayan şəhər sakini E.Əzimov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments