Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycanda məhkəmə hakimi işdən çıxarıldı

Azərbaycanda məhkəmə hakimi işdən çıxarıldı

Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayev tutduğu vəzifədən azad edilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.

Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə altı hakim intizam məsuliyyətinə cəlb edilib. O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

İclasda ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments