Çərşənbə, May 13, 2026
Google search engine
HomeKriminalBakıda və Sumqayıtda avtomobillərdən oğurluq edənlər tutulub

Bakıda və Sumqayıtda avtomobillərdən oğurluq edənlər tutulub

Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 11-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlayan Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərəcov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində “VAZ-2107” markalı avtomobildən, içərisində 105 manat və sənədlər olan pulqabını oğurlayan paytaxt sakini C.Hüseynov saxlanılıb.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da şəhər ərazisində “Ford” markalı avtomobildən 100 manat və dizel yanacağı oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əzizov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments