Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətGül almaq üçün dayandı, qəzaya səbəb oldu - FOTO

Gül almaq üçün dayandı, qəzaya səbəb oldu – FOTO

Bakı – Qazax avtomobil yolununun Gəncə şəhərinə giriş hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Samux rayon sakini 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə İmişili rayon sakini 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

İlkin məlumatlara görə hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan sərnişin, 30 yaşlı Məmmədova Toma Sədrəddin qızı müxtəlif bədən xəsarətləri alıb.

Qadın 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəyə səbəb kimi “Mercedes” markalı avtomobildə olan şəxslərin yol kənarında satılan obyektdən gül almaq istəməsi olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi araşdırma aparır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments