Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətÖlümcül döyülərək yol kənarına atılan gənc qız öldü

Ölümcül döyülərək yol kənarına atılan gənc qız öldü

Beyləqanda döyülərək yolun kənarına huşsuz vəziyyətdə atılan 18 yaşlı qız ölüb.

Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı dünən koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, A.Quliyeva bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, qızın hansı şəraitdə və kim tərəfindən xəsarət alması hələ müəyyən edilməyib.

Fakt araşdırılır.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments