Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycanda olan arı cinsi dünyanın ən yaxşı arısı hesab olunur - SƏBƏB

Azərbaycanda olan arı cinsi dünyanın ən yaxşı arısı hesab olunur – SƏBƏB

Azərbaycadan olan Qafqaz cins arıları dünyanın ən yaxşı arılarıdır.

Median.Az bildirir ki, bunu Trend-ə bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birgə bal yarmarkasında olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak deyib.

Onun sözlərinə görə, buna səbəb həmin arıların xortumunun digər arılardan fərqli olmasıdır:

“Azərabycanda olan arıların xortumu digər arılardan fərqli olaraq daha uzundurlar və buna görə də, onlar çiçəklərin ən dərinliyində olan şirələri sovura bilirlər. Beləcə də, bu cür yolla əldə olunan bal ən yüksək keyfiyyətli baldır”.

M.Çakmak yarmarkada iştirak edən qadın arıçılardan da danışıb:

“Buraya gələn şəxslərin hər biri diqqət eləsə görər ki, yarmarkada qadın arıçılar üstünlük təşkil edir. Bu da öz növbəsində çox gözəl və vacib bir məsələdir. Çünki bizim istəyimiz odur ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər arasında gender bərabərliyi qorunsun”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments