Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətİrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Median.Az xəbər verir ki, sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.//ölkə.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments