Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib

Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, gecikməyə səbəb bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində yaranmış nasazlıq olub.

Yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments