Çərşənbə, May 13, 2026
Google search engine
HomeKriminalŞəmkidə fermadan mal-qara oğurlayan şəxslər tutulub

Şəmkidə fermadan mal-qara oğurlayan şəxslər tutulub

Median.az xəbər verir ki, noyabrın 19-u saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermadan 8 baş inəyin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub

Araşdırma aparan RPŞ-nin əməkdaşlarına fermanın gözətçisi naməlum 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sani R.Vəliyev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – O.Sinisin və R.Moskalyov
saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar oğurlanmış inəkləri Tovuz rayon sakini F.İbrahimova satıblar, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomaşına yükləyib aparıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments