Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalBakıda kafenin qarşısında tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda kafenin qarşısında tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Eldar Orduxanovun (1993-cü il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, bu il aprelin 28-i gecə saat 2 radələrində Nizami rayonu, M.Əliyev küçəsində yerləşən kafenin qarşısında Eldar Orduxanov aralarında yaranmış mübahisə zamanı Nicat Alıxanova (1988-ci il təv.) bıçaqla zərbələr vurub. Nəticədə zərərçəkmiş qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və həyatı xilas edilib. Cinayəti törədən şəxs Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesindı çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə E.Orduxanov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments