Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyət"Azərişıq" bazardakı yanğınla əlaqədar elektrik təchizatını dayandırıb

“Azərişıq” bazardakı yanğınla əlaqədar elektrik təchizatını dayandırıb

“Azərişıq” Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və “3-cü mikrorayon bazarı” kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, ASC Fövqəladə Hallar Nazirliyinin müraciəti ilə ərazidə elektrik təchizatını dayandırıb.

Qeyd edək ki, “3-cü mikrorayon bazarı” kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments