Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBakıda nömrəsiz maşın sürən şəxs təhlükəli anlar yaşatdı - VİDEO

Bakıda nömrəsiz maşın sürən şəxs təhlükəli anlar yaşatdı – VİDEO

Bakıda əlillər üçün verilən maşının sürücüsü təhlükəli anlar yaradıb.

Dövlət nömrə nişanı olmayan avtomobili idarə edən şəxs əks yola çıxaraq, nəqliyyatın digər iştirakçılarına mane olub.

Hadisə Mehdiabad qəsəbəsi ərazində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Təqdim olunmuş videogörüntülərə baxış keçirilib. Əlavə olaraq ərazidə quraşdırılmış xüsusi texnika vasitəsilə baxış keçiriləcək. Faktla bağlı araşdırma aparılacaq. Qanunvericiliyə uyğun olaraq, sürücü barəsində tədbirlər görüləcək”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments