Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətMübariz Qurbanlıdan "Əbu Bəkr" məscidi ilə bağlı açıqlama

Mübariz Qurbanlıdan “Əbu Bəkr” məscidi ilə bağlı açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Əbu Bəkr” məscidinin açılması məsələsinə aydınlıq gətirib.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Komitə sədri bildirib ki, “Əbu Bəkr” məscidində təmir işlərinə ehtiyac var: “Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid indiki şəraitdə fəaliyyət göstərmir. Texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturu ilə birgə məsələ müzakirə olunaraq qərar qəbul ediləcək. Məscidin açılışı təmir işlərinin başa çatmasından asılıdır”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments