Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətPiyadanı vurub qaçan sürücü tutulub

Piyadanı vurub qaçan sürücü tutulub

Ötən il dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində naməlum avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku.ws-ə bildiriblər ki, yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments