Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycanda “Jiquli” qatarla toqquşdu: Yaralılar var - RƏSMİ AÇIQLAMA

Azərbaycanda “Jiquli” qatarla toqquşdu: Yaralılar var – RƏSMİ AÇIQLAMA

Ötən gün gecə saatlarında Tovuz-Qovlar mənzilində qatarla minik maşını toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Baş verən hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsi Oxu.Az-a açıqlama verib.

Qeyd olunub ki, Böyük Kəsik-Bakı sərnişin qatarı Tovuz-Qovlar mənzilinin 115-ci kilometrində hərəkətdə olarkən, qorunan dəmir yolu keçidindən keçməyə cəhd göstərən “Jiquli” markalı avtomobil qatarın lokomotivi ilə toqquşub.

Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Böyük Kəsik-Bakı sərnişin qatarı təxminən yarım saatdan sonra hərəkətini davam etdirib.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin (Dəmiryol keçidlərində hərəkət, Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər və s.) tələblərinin pozulması olub.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments