Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətMərdəkanın problemlərlə dolub-daşan küçəsi - VİDEO

Mərdəkanın problemlərlə dolub-daşan küçəsi – VİDEO

Mərdəkan qəsəbəsinin Dəmiryolçular və Hacı Aslan Aslanov küçələrində yollar bərbad vəziyyətdədir.

Yolların bərbadlığı həmin küçələrə təcili yardım maşınlarının gəlməsinə də mane olur.

Ərazidə zibil yeşiklərinin olmaması isə sakinlər üçün ayrı bir dərdə çevrilib. Onlar məcburiyyətdən məişət tullantılarını “zibilxana” adlandırdıqları yerə atırlar. Bura isə əsl xəstəlik mənbəyidir.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə üz tutsaq da, səsimizə səs verən olmadı. Mühafizə polisi bizə belə cavab verdi: “Sizi qəbul etmirlər”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments