Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBu ölkələrdəki azərbaycanlılar ölkəmizdən kömək istəyiblər - RƏSMİ

Bu ölkələrdəki azərbaycanlılar ölkəmizdən kömək istəyiblər – RƏSMİ

“Koronavirus pandemiyası dövründə ümumilikdə 47 ölkədən 5104 müraciət daxil olub”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, bunlar müxtəlif sənədlərlə bağlı məsələlər olub, 1942 nəfərə isə müxtəlif yardımlar edilib:

“Müraciətlər arasında ilk pillələrdə olan ölkələr sırasında Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İspaniya və digər ölkələr var. Müraciətlər, əsasən, müvəqqəti çətinliklərin aradan qaldırılması istiqamətində olub”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments